...

Fransa polisi gürcüstanlı qadının qətlini araşdırır

Siyasət Materials 25 Noyabr 2009 16:01 (UTC +04:00)
Fransa polisi Gürcüstanda doğulan 25 yaşlı İnqi Vaçariyanın qətlini araşdırır. Məlumatı Fransa mətbuatı yayıb.
Fransa polisi gürcüstanlı qadının qətlini araşdırır

Gürcüstan, Tbilisi, 25 noyabr / Trend , müxbir N. Kirsxaliya/

Fransa polisi Gürcüstanda doğulan 25 yaşlı İnqi Vaçariyanın qətlini araşdırır. Məlumatı Fransa mətbuatı yayıb.

Qadının cəsədi 13 noyabr tarixində meşədə aşkar olunub, lakin o vaxtdan istintaq işində irəliləyiş yoxdur. Buna Vaçariyanın həyat yoldaşı Aluda Qasvianinin və 5 yaşlı oğlunun yoxa çıxması mane olur. Polis onların olduğu yeri müəyyən edə bilmir. Onlar İnterpolun xətti ilə axtarışdadırlar.

Qasviani 2007-ci ildən Fransada qeyri-qanuni yaşayır. O, bura arvadını və oğlunu da gətirib. Ailə son zamanlarda qanuniləşdirmə prosedurundan keçib.

Polis qətlin iki variantını gözdən keçirir - ailə münaqişəsi və qisas. Qasviani deyib ki, ailəsini Fransaya gətirilmək üçün 5 min avro ödəyib.

Faktla bağlı istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti