Özbəkistan, Daşkənd, 27 noyabr / Trend , müxbir D.Əzizov/
ABŞ Prezidenti Barak Obama Özbəkistan Prezidenti İslam Kərimova Qurban bayramı münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubu cümə günü respublika KİV-də dərc edilib.
"Sizin və Özbəkistan xalqının müqəddəs Qurban bayramı günündə ABŞ xalqı və şəxsən mənim adımdan ən yaxşı arzularımı qəbul edin", - ABŞ Prezidentinin məktubunda deyilir.
Obama dünyada sülh və əmin-amanlığa nail olmaq üçün gələcək əməkdaşlığa ümidvar olduğunu bildirib.
"Sizə və Özbəkistan xalqına xöşbəxtlik və firavanlıq arzulayıram", - məktubda deyilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]