Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir H.Bağırov/
Azərbaycan paytaxtında zorlamada təqsirli bilinən Gürcüstan vətəndaşı tutulub.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən Trend -a verilən məlumata görə, bu il dekabrın 13-dən itkin düşmüş kimi axtarışda olan 1991-ci il təvəllüdlü Samirə (ad şərti verilib) tapılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Samirəni Gürcüstan Respublikasının vətəndaşı, 23 yaşlı Yaşar Əlixan oğlu Nəbiyev ailə qurmaq məqsədilə qaçırıb və onunla zorakılıq yolu ilə cinsi əlaqədə olub.
Nəbiyev polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin zorlama (149) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]