...

Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycan ilə əməkdaşlığın yollarını müzakirə edib - vilayət rəhbəri Konstantin Markelov

Siyasət Materials 18 Dekabr 2009 18:13 (UTC +04:00)
Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən Həştərxanda oxuyan azərbaycanlı tələbələrin say normasının artırılması məsələsi müzakirə olunub. Bu barədə cümə günü Həştərxan vilayətinin hökumət başçısı Konstantin Markelov mətbuat konfransında deyib.
Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycan ilə əməkdaşlığın yollarını müzakirə edib - vilayət rəhbəri Konstantin Markelov

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir M.Əliyev/

Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən Həştərxanda oxuyan azərbaycanlı tələbələrin say normasının artırılması məsələsi müzakirə olunub. Bu barədə cümə günü Həştərxan vilayətinin hökumət başçısı, nümayəndə heyətinin rəhbəri Konstantin Markelov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda norma ildə 67 tələbədir.

"Biz həmçinin Azərbaycanla yüksək texnologiyanın hazırlanması və tətbiq edilməsi sahəsində əməkdaşlığı müzakirə etdik, - Markelov deyib. - Həştərxanda texnopark var və işlər orada aparıla bilər".

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin rəhbəri İrina Əliyevanın sözlərinə görə, görüş zamanı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə muzey ekspozisiyalarının mübadiləsi və Həştərxan vilayəti ilə elmi müsabiqələrin keçirilməsi barədə müqaviləyə nail olunub.

"Hazırda tərəflər arasında yalnız yaradıcılıq sahəsində deyil, həmçinin elmi sahədə də mübadilə aparılır", - o deyib.

Xəbər lenti

Xəbər lenti