...

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri seçiciləri səsvermədə aktiv olmağa çağırıb

Siyasət Materials 23 Dekabr 2009 08:26 (UTC +04:00)
"Seçiciləri bələdiyyə seçisində səsverməyə çağırıram" Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlər üçün keçirilən brifinqdə MSK sədri Məzahir Pənahov bildirib.
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri seçiciləri səsvermədə aktiv olmağa çağırıb

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri seçiciləri səsverməyə çağırıb.

"Seçiciləri bələdiyyə seçisində səsverməyə çağırıram" Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlər üçün keçirilən brifinqdə MSK sədri Məzahir Pənahov bildirib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

"Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq prosesi qanunvericiliyə uyğun keçib, əhali tərəfindən narazılıq qeydə alınmayıb, Bələdiyyə seçkilərinin prezident və parlament seçkilərindən fərqli olaraq özünəməxsusluğu var. Belə ki, burada 1700 müxtəlif bülleten və səslər hesablanır ki, bu da kifayət qədər çətin prosesdir. Buna görə də dairə seçki komissiyalarından informasiya qəbulu prezident və parlament seçkilərindən fərqli olaraq o dərəcədə də operativ olmaya bilər", - MSK sədri Məzahir Pənahov bir müddət əvvəl deyib.

"500 veb-kameradan 289-u Abşeron rayonu da daxil olmaqla, ölkənin 37 rayonunda, 189-u Bakıda, 25-i isə Naxçıvanda quraşdırılıb. İnternet vasitəsilədə seçki prosesini izləmək olar", - MSK sədri deyib.

Dairə seçki komissiyalarında seçki prosesinə müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Səsvermə saat 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti