...

Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində namizədlərinin qalib gəldiyinə inanır

Siyasət Materials 23 Dekabr 2009 21:58 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bəyan edib ki, bələdiyyə seçkilərində səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb və namizədlərinin qalib gəldiyinə inanır.
Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində namizədlərinin qalib gəldiyinə inanır

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası bəyan edib ki, bələdiyyə seçkilərində səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb və namizədlərinin qalib gəldiyinə inanır.

"Partiyanın müşahidəçiləri seçkiləri izləyib və müfəssəl məlumatlar veriblər. Seçki heç bir ciddi qanun pozuntusu olmadan başa çatib. YAP seçkilərə ciddi hazırlaşmışdı", - Trend -un məlumatına görə, bunu seçkilərin nəticələrinə dair keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

Əhmədov bildirib ki, partiya seçki kampaniyasında irəli sürdüyü namizədlərin təşviqatı üçün geniş işlər aparıb və Azərbaycanın bütün bölgələrində seçicilərlə görüşlər keçirilib.

"2 minə yaxın görüşdə 450 minə yaxın seçici iştirak edib və 64 treninq keçirmişik. YAP-ın 500 minə yaxın üzvü var, onların hər biri fəal seçicidir, rayonlarda işini qura bilən rayon təşkilatları var. İrəli sürdüyümüz namizədlərin şəxsi keyfiyyəti YAP-ın irəli sürdüyü namizədlərin səsvermənin nəticələrində uğur qazanacaqlarına inam yaradır", - Əhmədov əlavə edib.

Seçici fəallığına gəlincə, YAP sədrinin müavini deyib ki, bələdiyyə seçkiləri yerli əhəmiyyətli seçkilərdir və bütün dünyada parlament və prezident seçkilərindən az fəallığı ilə müşahidə olunur.

"Etiraf etmək lazımdır ki, bu yerli əhəmiyyətli seçkidir və 30 faizdən artıq iştirak etməsi normal hadisədir. İnsanlar bu hadisəni adi hesab edirlər", - YAP sözçüsü bildirib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin ilkin nəticələrinə görə, ölkədə seçici fəallığı 31,86 faiz olub.AVCİYA və ELS-in apardığı exit-polun ilkin nəticəsinə görə isə, seçici fəallığı 26-38 faiz olub.

Xəbər lenti

Xəbər lenti