...

Azərbaycanda yeni qanunvericiliklə hərbi xidmətdən qayıdanlar işlə təmin olunacaqlar

Siyasət Materials 24 Dekabr 2009 12:39 (UTC +04:00)
Azərbaycanda yeni qanunvericiliklə həqiqi hərbi xidmətə çağırılanlar xidmətdən qayıtdıqdan sonra işlə təmin olunacaqlar.
Azərbaycanda yeni qanunvericiliklə hərbi xidmətdən qayıdanlar işlə təmin olunacaqlar

Azərbaycan, Bakı, 24 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda yeni qanunvericiliklə həqiqi hərbi xidmətə çağırılanlar xidmətdən qayıtdıqdan sonra işlə təmin olunacaqlar.

"Azərbaycan Prezidentinin təşəbbüsü ilə Parlamentə hərbi qulluqçularla bağlı yeni qanun layihəsi təqdim edilib. Yeni qanun layihəsinə görə, həqiqi hərbi xidmətə cağırılan şəxslər əsgərə gedənə qədər harada çalışırdılarsa, qayıdandan sonra da həmin işlə təmin olunmalıdırlar", - Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə I vitse-spiker Ziyafət Əsgərov bildirib.

Əsgərovun sözlərinə görə, bundan əvvəl əsgərə gedən qayıdandan sonra ya işə bərpa olunmurdu, ya da iş bağlanırdı.

Qəbul olunacaq yeni qanunla isə hərbi xidmətdən qayıdanların əvvəlki işləri bağlanıbsa, həmin şəxs 60 gün müddətinə işlə təmin olunacaq.

Əsgərov bildirib ki, yeni qanun layihəsi çatdırılsa qış sessiyasında müzakirəyə çıxarılacaq. Əks halda, payız sessiyasında qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti