...

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon söhbəti olub

Siyasət Materials 24 Dekabr 2009 20:07 (UTC +04:00)
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon söhbəti olub

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, dövlət başçıları əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti