...

İran və Türkmənistan Prezidentləri əməkdaşlığın perspektivlərini və regional problemləri müzakirə ediblər

Siyasət Materials 5 Yanvar 2010 17:33 (UTC +04:00)
Bu gün, günün birinci yarısında Aşqabadda İran və Türkmənistan Prezidentləri Mahmud Əhmədinecat və Qurbanqulu Berdimuhammədov "məhdud formatda" danışıqlar aparıb.
İran və Türkmənistan Prezidentləri əməkdaşlığın perspektivlərini və regional problemləri müzakirə ediblər

Türkmənistan, Aşqabad, 05 yanvar / Trend , müxbir H.Həsənov/

Bu gün, günün birinci yarısında Aşqabadda İranTürkmənistan Prezidentləri Mahmud ƏhmədinecatQurbanqulu Berdimuhammədov "məhdud formatda" danışıqlar aparıb.

Rəsmi türkmən mənbəsinin bildirdiyi kimi, tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini, regional problemləri, xüsusilə də Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Bundan əlavə, energetika, rabitə, nəqliyyat kimi sahələrdə tərəfdaşlığın genişləndirilməsi haqqında müqaviləyə nail olunub. Rəsmi məlumata əsasən, görüşün yekununda bir sıra idarələrarası sənədlər imzalanıb.

Son illər ərzində iki Xəzərsahili ölkə doqquz mühüm birgə layihəni uğurla reallaşdırıb. Onların sırasına Dostluq sərhədboyu səddi, dəmiryol infrastrukturunun əlaqələndirilməsi, avtomobil yolları, elektrikötürücü xətlər və qaz nəqliyyat sistemləri daxildir. Əhmədinecat və Berdimuhammədovun növbəti görüşünün səbəbi həmin gün (6 yanvar) Dövlətabad-Sərəxs-Xangiran marşrutu vasitəsilə İranda əlavə qaz sahəsinin açılışı olub.

Protokola əsasən, iki ölkə başçısının boru kəmərinin istismara verilməsinin təntənəli mərasimində iştirakı nəzərdə tutulur. İran hər il Türkmənistana, 1996-cı ildə istismara verilmiş Korpece-Kurt-Kui qaz-kəməri vasitəsilə təxminən səkkiz milyard kub metr qaz tədarük edir. Əlavə sahənin yaradılması ötürmənin həcmini son nəticədə 20 milyard kub metr qaza qədər artırmağa imkan verəcək.

Bu gün "Altın Asır" milli telekanalı vurğulayır ki, "iki ölkə liderlərinin növbəti görüşü Türkmənistan-İran münasibətlərinin vacibliyinə daha bir sübutdur".

"Rəhbərlərin görüşü yalnız ənənəvi qarşılıqlı münasibətlərin dərinləşməsinə dair növbəti bir addım kimi deyil, eləcə də hər iki ölkənin dövlət prioritetləri də hesaba alınmaqla, əməkdaşlığın daha effektiv formalarının müəyyən olunmasına konstruktiv yanaşmanın formalaşdırılması prosesidir", - "Tükmən Dövlət Xəbərləri" qeyd edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti