...

285 namizəd Azərbaycanın prokurorluq orqanlarında işə qəbul üçün keçirilən müsabiqənin birinci mərhələsini keçib

Siyasət Materials 7 Yanvar 2010 20:42 (UTC +04:00)
"Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim edən 545 namizəd üçün test imtahanı keçirilib və 285 namizəd müsabiqənin ikinci mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb", -bu barədə Azərbaycanın Baş Prokurorluğunun məlumatında deyilir.
285 namizəd Azərbaycanın prokurorluq orqanlarında işə qəbul üçün keçirilən müsabiqənin birinci mərhələsini keçib

Azərbaycan, Bakı, 07 yanvar / Trend /

"Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim edən 545 namizəd üçün test imtahanı keçirilib və 285 namizəd müsabiqənin ikinci mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb", -bu barədə Azərbaycanın Baş Prokurorluğunun məlumatında deyilir.

Yazılı imtahan yanvarın 26-da, Ayna Sultanova küçəsi 5 ünvanında yerləşən Azərbaycan Texniki Universitetində keçiriləcək. İmtahan saat 10.00-da başlanıb saat 14-00-da başa çatır.

Namizədlər buraxılış və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

İmtahana buraxılmış namizədlər "Yaddaş kitabçası"nı və "Yazılı imtahana buraxılış vərəqəsi"ni 21-22 yanvar 2010-cu il tarixlərdə saat 09.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasından şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.

Baş Prokurorluq tərəfindən elan edilən müsabiqə 80 ştat yer üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti