...

Azərbaycan və Qətər diplomatlar üçün vizanın ləvğ edilməsinə dair saziş imzalayıb

Siyasət Materials 12 Yanvar 2010 19:27 (UTC +04:00)
Azərbaycan və Qətər xidmət pasportu olan və diplomatik şəxslərin viza alınmasından azad edilməsinə dair saziş imzalayıb.
Azərbaycan və Qətər diplomatlar üçün vizanın ləvğ edilməsinə dair saziş imzalayıb

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir Ü.Sadıxova/

AzərbaycanQətər xidmət pasportu olan və diplomatik vəşəxslərin viza alınmasından azad edilməsinə dair saziş imzalayıb. Azərbaycanın XİN-nin mətbuat katibi Elxan Poluxov bu haqda Trend -a deyib. Saziş Azərbaycanın XİN-nin rəhbəri Elmar Məmmədyarovun Dohaya səfəri zamanı Qətərin başçısı şeyx Hamad bin Xəlifə Ali Sani və Qətərli həmkarı Hamad ibn Casim ibn Cəbr Ali Sani görüşündən sonra imzalanıb.

"Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin qarşılıqlı maraqları təmsil edən regional və beynəlxalq məsələlər müzakirə edilib", bu barədə Qətərin QNA Dövlət Agentliyi yazır.

Xəbər lenti

Xəbər lenti