Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir H.Bağırov/
Azərbaycan paytaxtında qeydiyyatsız yaşayan Çin vətəndaşı saxlanılıb.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən verilən Trend -a məlumata görə, Çin vətəndaşı, 1968-ci il təvəllüdlü Yanq Hongbin qeydiyyatsız olduğu üçün İnzibati Xətalar Məcəlləsinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması (330) maddəsi ilə protokol tərtib edilib.
O, öz ölkəsinə göndərilməsi üçün DİN-nin Miqrasiya Xidmətinə təhvil verilib.