...

Azərbaycan MTN-in şəxsi heyəti 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

Siyasət Materials 19 Yanvar 2010 17:00 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycan MTN-in şəxsi heyəti 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, bu gün milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə nazirliyin şəxsi heyəti Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarətə gəlib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Anım mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin əməkdaşları vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş təhlükəsizlik orqanlarının şəhid olmuş əməkdaşlarının məzarlarını da ziyarət ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xəbər lenti

Xəbər lenti