...

Gürcüstan Parlamentinin sədri Avropa Parlamentinə Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə bağlı məruzə təqdim edəcək

Siyasət Materials 26 Yanvar 2010 11:27 (UTC +04:00)
Gürcüstan Parlamentinin sədri David Bakradze çərşənbə axşamı Brüsseldə Avropa Parlamentinin xarici əlaqələr komitəsinin bürosunun iclasında iştirak edəcək.
Gürcüstan Parlamentinin sədri Avropa Parlamentinə Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə  bağlı məruzə təqdim edəcək

Gürcüstan, Tbilisi, 26 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin sədri David Bakradze çərşənbə axşamı Brüsseldə Avropa Parlamentinin xarici əlaqələr komitəsinin bürosunun iclasında iştirak edəcək.

Bakradzenin jurnalistlərə bildirdiyi kimi, o, Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərindəki vəziyyəti əks etdirən məruzəni təqdim etmək niyyətindədir.

"Mən əsas diqqəti Gürcüstan-Rusiya müharibəsi zamanı imzalanan və Moskvanın yerinə yetirmədiyi altıbəndlik müqavilənin yerinə yetirilməsi məsələsinə ayırmaq niyyətindəyəm", - o bildirib.

Bakradze, həmçinin Avropa Parlamenti üzvləri ilə Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi, viza rejiminin asanlaşdırılması məqsədilə Aİ ilə əməkdaşlığın fəallaşdırılması və Gürcüstanın Aİ-yə assosiasiya olunmuş üzv statusunun verilməsi məsələlərini müzakir etmək niyyətindədir.

Bakradze Avropa Parlamentində ilk dəfə olaraq çıxış edəcək. Gürcüstan nümayəndə heyətindən bildirildiyi kimi, hazırkı səfər Avropa Parlamentinin məruzəsinin hazırlanmasına yardım etməlidir. Sənəd Cənubi Osetiya və Abxaziyadakı vəziyyətə aiddir.

Xəbər lenti

Xəbər lenti