...

Azərbaycan Parlamenti kənd təsərrüfatı işçilərinin fəaliyyətini tənzimləyəcək qanun hazırlayıb

Siyasət Materials 26 Yanvar 2010 13:55 (UTC +04:00)
Milli Məclisin Aqrar siyasət komitəsi "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlayıb və yaz sessiyasında müzakirəyə çıxaracaq. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən iclasda komitə sədri Eldar İbrahimov bildirib.
Azərbaycan Parlamenti kənd təsərrüfatı işçilərinin fəaliyyətini tənzimləyəcək qanun hazırlayıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Parlamenti kənd təsərrüfatı işçilərinin fəaliyyətini tənzimləyəcək qanun hazırlayıb.

Milli Məclisin Aqrar siyasət komitəsi "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlayıb və yaz sessiyasında müzakirəyə çıxaracaq. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən iclasda komitə sədri Eldar İbrahimov bildirib.

"Bu qanun layihəsi kənd təsərrüfatı sahəsində işçilərin fəaliyyətini tənzimləyəcək. Avropanın bir çox ölkələrində analoji qanunlar var", - İbrahimov deyib.

Komitənin bu gün keçirilən iclasında 2010-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı haqqında məlumat verilib. Aqrar siyasət komitəsi yaz sessiyası dövründə daha iki qanun layihəsini müzakirəyə verməyi nəzərdə tutub. Biri hələ keçən sessiyanın birinci oxunuşundan keçən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsidir. Digəri isə "Pambıqçılıq haqqında" qanunun ikinci oxunuşda müzakirəyə çıxarılmasıdır.

Xəbər lenti

Xəbər lenti