...

Gürcüstan Cənubi Osetiya və Abxaziya üzrə dövlət strategiyasını xarici təşkilatların köməyi ilə həyata keçirməyə hazırlaşır - XİN

Siyasət Materials 27 Yanvar 2010 14:14 (UTC +04:00)
Gürcüstan Cənubi Osetiya və Abxaziya üzrə dövlət strategiyasını xarici təşkilatların köməyi ilə həyata keçirməyə hazırlaşır. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze jurnalistlərə bu gün hökumət iclasından qabaq bildirib.
Gürcüstan Cənubi Osetiya və Abxaziya üzrə dövlət strategiyasını xarici təşkilatların köməyi ilə həyata keçirməyə hazırlaşır - XİN

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Cənubi Osetiya və Abxaziya üzrə dövlət strategiyasını xarici təşkilatların köməyi ilə həyata keçirməyə hazırlaşır. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze jurnalistlərə bu gün hökumət iclasından qabaq bildirib.

Hökumət bugünkü iclasında Cənubi Osetiya və Abxaziya üzrə dövlət strategiyasını və onun çərçivəsində konkret tədbirləri nəzərdən keçirir.

"Bu sənəd çoxlu ekspertin iştirak etdiyi geniş məsləhətləşmələr əsasında nəzərdən keçirilib", - Kalandadze bildirib.

Onun sözlərinə əsasən, bu sənəd özündə konkret ideyaları ehtiva etdiyi üçün bəyənilməlidir.

"Ümid edirik ki, bu ideyalar kağız üzərində qalmayacaq, biz onları həyata keçirə biləcəyik, bu zaman bizə xarici təşkilatların köməyi lazım olacaq", - nazir müavini bildirib.

Kalandadzenin sözlərinə görə, strategiyanın "konkret məqsədi yoxdur". O, özündə bir neçə məqsədi - qaçqınların torpaqlarına qaytarılmasını, onların təhlükəsizliyi və ərazi bütövlüyünün bərpasını daşıyır", - o qeyd etdi.

Xəbər lenti

Xəbər lenti