...

Gürcüstan Prezidenti və hökumət nümayəndələri səhiyyə prioritetlərini müzakirə edəcəklər

Siyasət Materials 27 Yanvar 2010 14:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsixaliya/

Gürcüstan Prezidenti, Baş nazir və səhiyyə sahəsinin nümayəndələrinin görüşündə 2010-cu ildə səhiyyə sisteminin əsas istiqamətlərinin inkişafı müzakirə ediləcək. Görüş cümə axşamı baş tutacaq. Bu barədə Baş nazir Nika Qilauri məlumat verib.

Onun sözlərinə əsasən, il ərzində həyata keçiriləcək proqramlar, o cümlədən bu gün haqqında bir neçə açıqlama verdiyi sığorta islahatları ətraflı müzakirə olunacaq.

Dövlət proqramı üzrə sığortalanmış hər bir şəxs müəyyən sayda dərmanlar paketinə sahib olacaq. "Yeni paket üçillik olacaq", - Qilauri qeyd edib.

Xəbər lenti

Xəbər lenti