...

Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin bərqərar olunmasına yönəlmiş beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir

Siyasət Materials 29 Yanvar 2010 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana həsr edilmiş London Konfransındakı çıxışında bir sıra aktual mövzulara toxunub.

XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, nazir çıxışında bildirib ki, Azərbaycan Əfqanıstanda sülhün və stabilliyin bərqərar olunmasına yönəlmiş beynəlxalq ictimaiyyətin səylərini birmənalı şəkildə dəstəkləyir.

"Əfqan xalqı və beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək Azərbaycan BTYQ-nin (Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri - İSAF) əməliyyatına ilk günlərdən qoşulub. 2009-cu ildə biz orada qulluq edənlərin sayını iki dəfə artırdıq və hazırda Azərbaycan Hərbi Qüvvələrinin 90 üzvü İSAF sıralarında qulluq edir. Sonradan Azərbaycan Əfqanıstandakı fəaliyyətini qeyri-hərbi sahələrdə genişləndirməyi qərara aldı. Real əməkdaşlıq minalardan təmizləmə sahəsində əfqan mütəxəssislərinin öyrədilməsi ilə başlayıb. Azərbaycanın hərbi həkimlərinin Əfqanıstan hospitallarında yerləşdirilməsi, əfqanların Tibb Universitetində təhsil almaları və tibbi personalın Azərbaycanda tədris kurslarında iştirak etməsi, əfqan hərbi personalının Hərbi Akademiyada və digər hərbi məktəblərdə tədris kurslarında iştirak etməsi, o cümlədən əfqan tələbələrin Azərbaycanda təhsil almalarına dair hazırlıq işləri aparılır. Hazırda Azərbaycanın Diplomatik Akademiyası və Təhlükəsizlik məsələləri üzrə Cenevrə Mərkəzi əfqan tələbələri üçün Bakıda həyata keçiriləcək proqram üzərində çalışırlar", - Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, NATO tərəfdaşı olaraq və bu bölgəyə coğrafi, tarixi, mədəni və dini yaxınlığı olduğundan, Azərbaycan Əfqanıstanda stabilliyin və təhlükəsizliyin əldə edilməsi üçün ictimai diplomatiyaya daha çox dəstək verilməsinin tələb olunduğunu anlayır və bu məsələdə İSAF-a öz töfhəsini verməyə iradəlidir. İlk addım kimi Azərbaycan Əfqanıstanda və onun hüdudlarından kənarda İSAF əməliyyatının anlayışı ilə bağlı NATO-nun ictimai diplomatiyasının səylərinə həsr edilmiş tədbirə ev sahibliyi etməyi təklif edir.

"BTYQ-İSAF-da hərbi qulluqçularla dəstək verən ölkə kimi, Azərbaycan Əfqanıstanla bağlı bütün səylərin siyasi əsaslarının daha da gücləndirilməsi və vətəndaş cəmiyyətinin rolunun daha da artırılması ideyası ilə bölüşür. Digər tərəfdən, ölkədə stabilliliyin bərqərar olunması prosesinin əfqanların öz üzərilərinə götürmələri bu sahədə uğur əldə etmək üçün həlledicidir. Buna nail olmaq üçün biz Əfqanıstan hökumətinə ölkə boyu nəzarətin gücləndirilməsində və iş effektivliyinin artırılmasında dəstək verilməsinə davam etməliyik. Biz əminik ki, BTYQ-İSAF əməliyyatları zamanı mülki əhali arasında itkiləri minimuma gətirmək bizə yalnız sadə əfqanların inamını qazandırmayacaq, həm də əsgərləri əməliyyatlarda iştirak edən ölkələrin ictimaiyyəti tərəfindən BTYQ-İSAF-ın anlayışını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Azərbaycan barışmanın və reinteqrasiyanın Əfqanıstanda stabillik prosesinin əsas elementi olması yanaşması ilə bölüşür. Bu səbəbdən bu proseslər təcili siyasi və praktiki dəstək tələb edir", - nazirin çıxışında bildirilib.

Nazir hesab edir ki, Azərbaycan mövcud infrastrukturdan istifadə edərək Əfqanıstana daşınmaların həyata keçirilməsinə geniş töfhə verir, lakin Bakı-Tbilisi-Qars dəmiryolunun tamamlanması Əfqanıstana sürətli və təhlükəsiz tranzit üçün daha çox imkanlar yaradacaq.

Bu xüsusda biz BTYQ-İSAF-a hərbi yardımın Əfqanıstanda təhlükəsizlik, stabillik və inkişafa gətirib çıxarana kimi göstərilməsinə davam etməkdə israrlıyıq.

Xəbər lenti

Xəbər lenti