...

Mərkəzi Asiya ölkələrində fikir ayrılığı üçün obyektiv səbəblər yoxdur – tacik siyasətçisi Muhiddin Kəbiri

Siyasət Materials 15 Fevral 2010 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir V.Javoronkova/

Mərkəzi Asiya ölkələri arasında, regionda su elektrik stansiyası tikmək məsələsi də daxil olmaqla fikir ayrılığı üçün obyektiv səbəb yoxdur. Tacikistanın İslam Dirçəlişi Partiyasının (TİDP) lideri Muhiddin Kəbiri hesab edir.

"Problem budur ki, Roqun SES layihəsi yalnız Tacikistanda deyil, həmçinin bütün regionda həddindən çox siyasiləşdirilib", - Kəbiri "Exo Planetı" jurnalına müsahibəsində deyib.

Onun fikrincə, bu məsələyə praqmatik yanaşmaq lazımdır. Kəbirinin sözlərinə görə, Tacikistana elektrik enerjisi lazımdır.

"Ölkələr qarşısında duran problemləri həll etməyə nail olmayanadək Roqun SES-i hələlik tikilməyəcək və istismara verilməyəcək. Biz mövqeyimizi dünya ictimaiyyətinə ajiotajsız çatdırmalıyıq və onu siyasiləşdirmədən, digər problemlərlə, bəzən subyektiv problemlərlə əlaqələndirmədən müdafiə etməliyik", - o deyib.

"Bu gün həm Tacikistanda, həm də regionda "Roqun" mövzusunu kim istəsə siyasiləşdirə bilir və bu absurddur, məsələlərə açıq düşüncə ilə baxmaq lazımdır", - Kəbiri hesab edir. Onun fikrincə, hazırkı mübahisədə Mərkəzi Asiya dövlətlərinin iqtisadi və hökümət əlaqələri deyil, liderlərin qarşılıqlı əlaqələrinin subyektiv səbəbləri mühüm rol oynayır.

"Təəssüf ki, Mərkəzi Asiyanın liderlərinin hansısa şəxsi motivləri dövlət səviyyəsinə gətirməsi, bir-birini tərəfdaş, mehriban qonşu qismində anlamaması kimi faktorlardan sadə camaat əziyyət çəkir", - Kəbiri deyib.

Xəbər lenti

Xəbər lenti