...

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin fiziki hazırlığına xüsusi diqqət veriləcək

Siyasət Materials 17 Fevral 2010 14:54 (UTC +04:00)
"Hərbi çağırışın əsasları haqqında" qanuna təklif olunan əlavədə Azərbaycan ordusunda xidmətə çağırılan gənclərin fiziki hazırlığı ilə bağlı nöqsanların aradan qaldırılması nəzərdə tutulur", - Trend News-un məlumatına görə, çərşənbə günü Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin fiziki hazırlığına xüsusi diqqət veriləcək

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin fiziki hazırlığına xüsusi diqqət veriləcək.

"Hərbi çağırışın əsasları haqqında" qanuna təklif olunan əlavədə Azərbaycan ordusunda xidmətə çağırılan gənclərin fiziki hazırlığı ilə bağlı nöqsanların aradan qaldırılması nəzərdə tutulur", - Trend -un məlumatına görə, çərşənbə günü Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Əsgərovun sözlərinə görə, bu əlavələr "Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən əlavə və dəyişikliklərin tətbiqi ilə bağlıdır.

"Həmin qanuna dəyişikliklər "Hərbi çağırışın əsasları haqqında" qanuna da əlavə olunacaq. Məqsəd çağırış dövründə fiziki hazırlığın artırılmasıdır", - komitə sədri əlavə edib.

Komitənin iclasında əlavə və dəyişikliklərin Milli Məclisin iclasında müzakirəyə çıxarılması haqqında qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti