...

Avropa Şurasının komissarı Azərbaycana gəlir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Fevral 2010 15:07 (UTC +04:00)
Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarı Tomas Hammarberq martın birindən beşinədək Azərbaycanda səfərdə olacaq. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.
Avropa Şurasının komissarı Azərbaycana gəlir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir Y.Ostapenko/

Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarı Tomas Hammarberq martın birindən beşinədək Azərbaycanda səfərdə olacaq. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.

Səfər zamanı əsas müzakirə mövzusu mətbuat azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və həmçinin qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası olacaq.

Bu, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin Azərbaycana ikinci səfəridir.

Komissar Hammarberqin Azərbaycan Prezidenti, xarici işlər naziri, ədliyyə naziri və daxili işlər naziri, həmçinin Baş prokurorla və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşü planlaşdırılıb. Səfər çərçivəsində həmçinin Ombudsmanla və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirilməsi nəzərdə tutulub.

Səfər zamanı həmçinin Naxçıvan Muxtar Respublikasına baş çəkmək planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti