...

"Erməni soyqırımı" ilə bağlı məsələ ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi "qızıl güllə"dir : Azərbaycanın hakim partiyası

Siyasət Materials 4 Mart 2010 11:43 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin Konqresdə müzakirəyə çıxarılaraq təsdiq edilməsi Türkiyə-ABŞ münasibətlərinə böyük zərər vura bilər.
"Erməni soyqırımı" ilə bağlı məsələ ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi "qızıl güllə"dir : Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası hesab edir ki, uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin Konqresdə müzakirəyə çıxarılaraq təsdiq edilməsi Türkiyə-ABŞ münasibətlərinə böyük zərər vura bilər.

"Uydurma "erməni soyqırımı" məsələsi ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi təzyiq vasitələrindən biridir. Bu, ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi "qızıl güllə"dir", - Trend -un məlumatına görə, cümə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri Hovard Berman "erməni soyqırımı" haqqında qanunun martın 4-də müzakirəyə çıxarılmasını təklif edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, "erməni soyqırımı" haqqında qanunun Konqresdə müzakirəyə çıxarılması təsadüsü deyil, bu, Ermənistan ilə planlaşdırılıb.

Qurbanlının sözlərinə görə, əgər ABŞ bu güllədən istifadə etsə, onun Türkiyəyə təsir etmək imkanı qalmayacaq. "ABŞ Konqresi bu sənədi qəbul etsə, bütün türk dünyasında nüfuzunu itirəcək", - millət vəkili əlavə edib.

Onun fikrincə, qətnamə layihəsinin mart ayında gündəmə çıxarılması təsadüfi deyil. "Məqsəd həmin layihənin müzakirəyə çıxarılması ilə Türkiyəyə təzyiq etmək və onu Ermənistanla imzalanmış protokolların təsdiq olunmasına vadar etməkdir. Ancaq Türkiyə böyük dövlətdir və bu cür vasitələrlə ona təzyiq etmək mümkün deyil. Türkiyə bəyan edib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayınca, Ermənistanla sərhədlər açılmayacaq", - Qurbanlı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti