...

Avropalıların islam və müsəlmanlar haqqında çox az məlumatı var – "Bizim Vahid Avropa" layihəsinin direktoru

Siyasət Materials 13 Mart 2010 15:33 (UTC +04:00)
Trend News-un Böyük Britaniya Şurasının (British Council) Kanada şöbəsinin rəhbəri, "Bizim Vahid Avropa" (Our Shared Europe) irimiqyaslı layihəsinin, Avorpa müsəlmanları və Qərb cəmiyyətinin münasibətləri arasında inamsızlıq məsələlərini aradan qaldırmaq üzrə direktoru Martin Rouz ilə müsahibəsi.

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.Sadıxova/

Trend -un Böyük Britaniya Şurasının (British Council) Kanada şöbəsinin rəhbəri, "Bizim Vahid Avropa" (Our Shared Europe) irimiqyaslı layihəsinin, Avorpa müsəlmanları və Qərb cəmiyyətinin münasibətləri arasında inamsızlıq məsələlərini aradan qaldırmaq üzrə direktoru Martin Rouz ilə müsahibəsi.

- Sizin "Bizim Vahid Avropa" layihəniz bu gün üçün əsas olan mədəni problemlərdən biri olan müsəlman icması ilə Avropa cəmiyyəti arasındakı inamsızlığın artması probleminə istiqamətlənib. Müsəlman və Avropa icmaları arasında inamsızlığa səbəb olan əsas problemlər nə ilə bağlıdır?

- Son 50 il ərzində və son zamanlar ərzində Avropanın müsəlman əhalisinin artımı açıq-aşkar müşahidə olunur. Müxtəlif xarakterli problemlər mövcuddur. Avropa əhalisinin assimilyasiyası təhlükəsi mövcud olan ölkələrdə problemlər daha irimiqyaslı xarakter alır. Son on il ərzində, xüsusən də 11 Sentyabr hadisələrindən sonra gərginlik daha da artır ki, bu da ümumilikdə iqtisadi zəifləmə ilə əlaqədar olaraq son illərdə qloballaşma prosesi ilə bağlıdır. Bütün bunlar Avropanın bəzi yerlərində düşmənçilik və anlaşılmazlığın güclənməsinə, Avropadakı müsəlman və Avropa cəmiyyəti arasındakı əlaqələrin interpretasiyasına gətirib çıxarıb. Lakin bəzən biz unuduruq ki, Avropa müsəlmanları da avropalılardır, qoy onlar müsəlman olsunlar, lakin Avropa vətəndaşlarıdır - avropalılardır. Və hər necə olsa da, Avropanın bəzi siyasi və mədəni baxışları Avropa müsəlmanlarının avropalı olmaması tendensiyasını hələ də saxlayır. Digər tərəfdən, ABŞ-ın siyasi spektrində və Avropa siyasətinin bəzi təbəqələrində belə bir möhkəm fikir yaranıb ki, Avropa islamlaşma və yaxud onların dediyi kimi "avrobiya" təhlükəsi qaltlındadır. Mən hesab edirəm, bu, inamsızlığın yaranmasına gətirib çıxarır.

- Hesab edirsiniz ki, belə inamsızlıq mədəni və ya siyasi fikir ayrılıqlarına əsaslanıb?

- Hesab edirəm ki, inamsızlıq, əsasən, cəhalətdən irəli gəlir. Hesab edirəm, avropalıların əksəriyyəti islam və müsəlmanlar haqqında çox az bilir və zənnimcə, Avropadakı müsəlmanlar və qeyri-müsəlmanlar arasında qarışıq mədəniyyət mümkün olduğundan da zəifdir və bunun bir neçə aydın olmayan səbəbi var. Lakin hazırda artmaqda olan inamsızlıq cəhalətə əsaslanıb və iqtisadi təzyiqə bürünür; müəyyən dərəcədə siyasi motivlər haqqında düşünmək istəyən adamlar tərəfindən təşviq edilir. Məsələ çox mürəkkəbdir. Bundan əlavə, fərdi amilləri ayırmaq çox çətindir. Eyni zamanda, inamsızlıq artmaqda davam edir və mən bunu təhlükəli hesab edirəm.

- İnamsızlığın artmasının aradan qaldırılması üçün Avropadakı müsəlman icması hansı tədbirləri görməlidir?

- Bu məsələdə bir neçə variant var. Lakin yeganə olan budur ki, icmalar arasında əlaqələrin qurulması vacibdir. Hesab edirəm, Avropadakı müsəlman icmaları özlərini daha düzgün təqdim üçün daha çox səy göstərirlər və bu da müsbət haldır. Müsəlman birliyinin problemlərindən biri odur ki, o, müsəlmanların törəfdikləri ekstremist hərəkətləri həvəssiz mühakimə edir və bu da yaxşı deyil. Hesab edirəm, reallıqda bizim biliyə və yaxınlaşmaqdan əldə edəcəyimiz uğurlara ehtiyacımız var. Biz müsəlmanları Avropa Birliyi tərəfindən daha da tanınmış və ora inteqrasiya olunmuş üzvlər kimi görmək istəyirik.

- Müsəlman cəmiyyətinin Avropanın siyasi və iqtisadi həyatına inteqrasiyası səviyyəsini necə qiymətləndirirsiniz?

- Mən ümumi bir şey deyə bilmərəm, hər şey ölkədən, insanlardan və cəmiyyətdən asılıdır. Bəzi yerlərdə bu çox müvəffəqiyyətlə baş vermir; digər yerlərdə isə hər şey kifayət qədər yaxşı gedir. Bunu bir ölkə çərçivəsində ümumiləşdirmək olmur. Bizim keçməli olduğumuz yol çox uzun yoldur və mən hesab edirəm, bəzi yerlərdə biz onu müvəffəqiyyətlə keçəcəyik.

- Amerika islamafobiyası ilə Avropa islamafobiyası nə ilə fərqlənir?

- Bu çox mürəkkəb məsələdir. İslamofobiyanın hamı tərəfindən qəbul olunmuş konsepsiyası yoxdur. Ümumilikdə isə biz müsəlmanlara və islama qarşı mənfi reaksiyanın şahidi oluruq. Bəzən elə hallar olur ki, əsli müsəlman olan insanları islam dini ilə qarışıq salırlar. Bu isə zərərli və çox çətindir. Mən onlar arasında fərq qoymaq istəmirəm. Həm Ştatlarda, həm də Avropada xüsusi bir amil mövcuddur (islamofobiyaya münasibətdə). Məlumdur ki, Atlantikanın hər iki tərəfi üzrə müəyyən siyasi antimüsəlman və antiislam hərəkatları mövcuddur, buna görə də mən onlar arasında fərq qoymaq istəmirəm.

Xəbər lenti

Xəbər lenti