...

Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə mənbəyi olaraq qalır – milli təhlükəsizlik naziri

Siyasət Materials 19 Mart 2010 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir A.Hüseynbala /

Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə mənbəyi olaraq qalır - milli təhlükəsizlik naziri

Azərbaycanın milli təhlükəsizlik naziri hesab edir ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində daim hücumda olmaq tövsiyəsinə uyğun olaraq, nazirlik bu istiqamətdə həm əməliyyat, həm də təbliğat işini daim gücləndirir.

"Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə mənbəyi olaraq qalır, onun strateji əhəmiyyətli beynəlxalq layihələrin gerçəkləşməsinə maneçilik törətmək üçün pozuculuq fəaliyyətini genişləndirmək cəhdləri daim diqqət mərkəzindədir". - Trend -un məlumatına görə, cümə günü milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Mahmudovun sözlərinə görə, Ermənistana qarşı informasiya mübarizəsi sahəsində son vaxtlar əldə edilən nailiyyətlər xüsusi vurğulanmalıdır. "İndi düşmənə qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır. Erməni terrorunun ifşasına, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərinə, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən materiallar, o cümlədən, filmlər və videoçarxlar hazırlanaraq, ölkəmizin və dünyanın elm adamlarının, tanınmış ziyalıların yazdığı əsərlər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılır", - nazir əlavə edib.

Onun fikrincə, bu sahədə Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun apardığı ardıcıl və məqsədyönlü işlər də qeyd edilməlidir. "Təkcə ötən il Ermənistanın təcavüzkar siyasətini ifşa edən və əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı onlarca adda toplu, kitab və videomaterialların kağız və elektron formatda 33 mindən artıq nüsxələri ölkədə və xaricdə yayılıb", - Mahmudov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti