...

Gürcü jurnalist Ukrayna Prezidentindən öz ailəsi üçün sığınacaq istəyir

Siyasət Materials 19 Mart 2010 17:30 (UTC +04:00)
Gürcü jurnalist, "Şans" qəzetinin baş redaktoru Bondo Kurdadze Ukrayna Prezidentindən sığınacaq istəyir.
Gürcü jurnalist Ukrayna Prezidentindən öz ailəsi üçün sığınacaq istəyir

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcü jurnalist, "Şans" qəzetinin baş redaktoru Bondo Kurdadze Ukrayna Prezidentindən sığınacaq istəyir. Tbilisinin "Rezonansi" qəzetinin bu gün yaydığı məlumata görə, onun Viktor Yanukoviçə göndərdiyi məktubda deyilir ki, son vaxtlar hakimiyyət nümayəndələri tərəfindən onun ailəsinin ünvanına telefonla hədələr daxil olur.

Kurdadze qeyd edir ki, ailəsinin təhlükəsizliyini düşündüyünə görə indiyə kimi bu hədələr barədə açıq danışmayıb. Jurnalist məktubunda öz həyat yoldaşı və üç uşağına sığınacaq verilməsini xahiş edir, özü isə Tbilisiyə qayıdaraq mübarizəni davam etdirmək niyyətində olduğunu açıqlayır.

Media eksperti İya Antadze isə hakimiyyətin hansı səbəblərdən Kurdadzeni təqib etdiyini söyləməyə çətinlik çəkib. Çünki o, jurnalistin ölkə rəhbərliyi üçün yolverilməz ola biləcək material hazırladığını görməyib.

Xəbər lenti

Xəbər lenti