...

Türkiyə vətəndaşı dil diskriminasiyasına görə Qazaxıstandan qovulub

Siyasət Materials 20 Mart 2010 11:59 (UTC +04:00)
Türkiyə vətəndaşı şirkət işçilərinə öz aralarında dövlət dilində danışmağa icazə vermədiyi üçün Qazaxıstandan çıxarılıb.

Azərbaycan, Bakı, 20 mart /Trend news, müxbir S.Süleymanov/

Türkiyə vətəndaşı şirkət işçilərinə öz aralarında dövlət dilində danışmağa icazə vermədiyi üçün Qazaxıstandan çıxarılıb. Bu barədə Qazaxıstan baş prokurorunun müavini Muxtar Jorqenbayev Məclisdəki konfransda "Qazaxıstan Respublikasında dillər haqqında qanunun tətbiqinə nəzarətin həyata keçirilməsi təcrübəsi" mövzusunda məruzə ilə çıxış edərkən bildirib.

"Konstitusiyada təsbit edilən dövlət dilinin istifadəsi üzrə vətəndaşların hüquqlarının pozulması faktları mövcuddur. Atırau vilayətində "ACB Ketrinq" şirkətində supervayzer vəzifəsində çalışan Türkiyə vətəndaşı yerli işçilərdən ona ancaq türk dilində müraciət olunmasını tələb edib, həmçinin, onlara öz aralarında dövlət dilində danışmağı qadağan edib", - Jorqenbayev deyib.

Onun sözlərinə görə, prokurorluq orqanları sözügedən Türkiyə vətəndaşı barəsində müvafiq tədbirlər görüb və o, məhkəmənin qərarı ilə ölkədən çıxarılıb. "Məlumdur ki, ölkəmizdə təxminən 130 millətin nümayəndəsi yaşayır. Qazaxıstan, həmçinin onların ana dillərinin inkişafına əsas diqqət ayırır. Qeyd edilən millətlərin nümayəndələrinin dil əlamətlərinə görə sıxışdırılması faktı qeydə alınmayıb", - prokuror müavini bildirib.

Xəbər lenti

Xəbər lenti