...

Novruz Bayramı tədbirlərinin keçirilməsi məqsədilə Tehranda katiblik yaradılması haqda razılıq əldə edilib

Siyasət Materials 27 Mart 2010 12:30 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Novruzun bu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda keçirilən ilk beynəlxalq mərasimdə bəyanat qəbul olunub. Bu barədə Trend News İranın İRİNN xəbər kanalına istinadən məlumat yayıb.
Novruz Bayramı tədbirlərinin keçirilməsi məqsədilə Tehranda katiblik yaradılması haqda razılıq əldə edilib

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir T.Cəfərov/

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Novruzun bu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda keçirilən ilk beynəlxalq mərasimdə bəyanat qəbul olunub. Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat yayıb.

Bəyanatda Novruz Bayramı tədbirlərinin keçirilməsi məqsədilə Tehranda katiblik yaradılması haqda iştirakçı ölkələr arasında razılıq əldə edilib. Razılıq əldə olunub ki, Beynəlxalq Novruz Bayramı tədbirləri bundan sonra növbə ilə bütün ölkələrdə keçirilsin.

Bəyanatda BMT, YUNESKO və EKO təşkilatlarına Novruz Bayramı haqda sənədləri qəbul etdiyinə görə təşəkkür bildirilib.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruzun bu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda dövlət səviyyəsində mərasim təşkil edilib. Bununla bağlı Novruz Bayramını qeyd edən ölkələrin dövlət və hökumət nümayəndələri mərasimə dəvət alıblar. Bayram tədbirləri martın 28-də başa çatacaq.

Novruzun beynəlxalq bayram statusu alması münasibətilə İranda keçirilən ilk beynəlxalq mərasimin sonunda "Novruz post markası"nın təqdimatı keçirilib. Post markanı tədbirdə iştirak edən İraq, Əfqanıstan, Türkmənistan, Tacikistan, İran prezidentləri, Azərbaycanın XİN rəhbəri, Türkiyə dövlət naziri imzalayıblar.

Xəbər lenti

Xəbər lenti