...

Moskva metrosunda partlayış nəticəsində xəsarət alan azərbaycanlının vəziyyəti orta ağır qiymətləndirilir

Siyasət Materials 30 Mart 2010 16:03 (UTC +04:00)
Moskva metrosunda baş verən partlayış nəticəsində xəsarət alan azərbaycanlı Zəbi Əliyevin vəziyyəti orta ağır qiymətləndirilir.
Moskva metrosunda partlayış nəticəsində xəsarət alan azərbaycanlının vəziyyəti orta ağır qiymətləndirilir

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.Tariverdiyeva/

Moskva metrosunda baş verən partlayış nəticəsində xəsarət alan azərbaycanlı Zəbi Əliyevin vəziyyəti orta ağır qiymətləndirilir. Bu barədə N.V. Sklifosovski adına Təcili Yardım ETİ-dən Trend -a bildirilib.

Xəstəxana həkimlərinin sözlərinə görə, Əliyev birinci cərrahi şöbədədir.

Martın 29-da Moskva metrosunda iki partlayış baş verib: "Lubyanka" və "Park kulturı" metrostansiyalarında. İlkin məlumatlara görə, 38 nəfər həlak olub, 64 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti