Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyasının rəhbəri hesab edir ki, Mərkəzi Seçki Komissiyasının tərkibi Parlament seçkilərinə qədər tam formalaşdırılmalıdır.
"Mərkəzi Seçki Komissiyasının 18 üzvü olmalıdır, lakin indi bu qurum 15 nəfərlə fəaliyyət göstərir", - Trend-in məlumatına görə, cümə günü Milli Məclisin iclasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.
MSK-da Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Böyük Quruluş partiyaları bir namizədlə təmsil olunur.
Mustafanın sözlərinə görə, MSK-da Parlamentdə azlıq təşkil edən partiyaların nümayəndələrinin təmsil olunması nəzərdə tutulsa da, indiyədək bu məsələ həll olunmayıb.
"Əvvəllər bu yerlərin 2-si Müsavat Pariyası üçün nəzərdə tutulurdu. Həmin partiya öz nümayəndələrinin MSK-da təmsil olunmasına razılaşmadı. Amma bu o demək deyil ki, Parlamentdə təmsil olunan digər partiyaların nümayəndələri MSK-da təmsil oluna bilməzlər", - partiya sədri əlavə edib.
Onun fikrincə, Parlament seçkilərinə rəsmi srart verilənə qədər MSK tam tərkibdə formalaşdırılmalıdır.