...

Azərbaycan NATO ilə çox güclü tərəfdaşa çevrilməkdədir – NATO PA Alt Komitəsinin sədri

Siyasət Materials 12 Aprel 2010 17:06 (UTC +04:00)
NATO Parlament Assambleyasının komitə sədri hesab edir ki, Azərbaycan bu gün təkcə geosiyasi mövqeyinə görə dünya ölkələrinin diqqət mərkəzində deyil.
Azərbaycan NATO ilə çox güclü tərəfdaşa çevrilməkdədir – NATO PA Alt Komitəsinin sədri

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Hüseynbala/

NATO Parlament Assambleyasının komitə sədri hesab edir ki, Azərbaycan güclü tərəfdaşa çevrilib.

"Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə çox güclü tərəfdaşa çevrilməkdədir. Bu gün Azərbaycan təkcə geosiyasi mövqeyinə görə deyil, həm də başqa aspektlərdən də dünya ölkələrinin diqqət mərkəzindədir. Buradakı proseslərə nəzər salanda son illər Azərbaycanın çox sürətlə inkişaf edən ölkəyə çevrildiyinin şahidi oluruq. Bu nöqteyi-nəzərdən Azərbaycanın daha güclü bir dövlətə çevrilməsi bizi sevindirir", - Trend-in məlumatına görə, bazar ertəsi jurnalistlərə NATO Parlament Assambleyasının (PA) Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinner deyib.

"Səfərin məqsədi də Azərbaycanda gedən proseslərlə yaxından tanış olmaq, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır", - komitə sədri əlavə edib.

NATO-nun Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.

Xəbər lenti

Xəbər lenti