...

Azərbaycan müxalifətinin əməkdaşlıqla bağlı müzakirələrinə müxalifət bloku dəvət olunmayıb

Siyasət Materials 22 Aprel 2010 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının təşəbbüsü ilə keçiriləcək "dəyirmi masa"da "Azadlıq" blokunda təmsil olunan partiyalar iştirak etməyəcək.

"Bu blokda təmsil olunan bəzi partiyaları ciddi siyasi təşkilat hesab etmədiyimizdən, onların toplantıda iştirakını məqbul saymırıq", - cümə axşamı Trend-ə Azərbaycan Milli-İstiqlal Partiyasının (AMİP) təbliğat və informasiya katibi Əli Orucov bildirib.

Orucovun sözlərinə görə, buna baxmayaraq, "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyinin müzakirələrdə iştirakını arzulayırlar. "Biz AXCP-ni ciddi siyasi təşkilat kimi qəbul edirik, amma həmin blokda təmsil olunduğu üçün ayrıca dəvətnamə göndərə bilməzdik", - AMİP funksioneri əlavə edib.

Təbliğat və informasiya katibi deyib ki, toplantıda Demokratiya Uğrunda İttifaqda təmsil olunan və Müsavat Partiyası təmsilçilərinin iştirakı ilə Parlament seçkilərində müxalifətin birgə əməkdaşlıq məsələləri ilə bağlı ilkin fikir mübadiləsi aparılacaq: "Biz müzakirələrə parlamentdə təmsil olunan digər müxalifət partiyalarını da dəvət etmişik", - Orucov vurğulayıb.

Azərbaycan Milli İstiqlal Partiyası bu günlərdə "Müxalifət partiyalarının əməkdaşlıq imkanları" mövzusunda "dəyirmi masa" keçirilməsi təşəbbüsü ilə çıxış edib.

АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra, partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gedib.

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Xəbər lenti

Xəbər lenti