...

İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib

Siyasət Materials 10 May 2010 13:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib.
İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli Dmitri Anatoliyeviç, Kemerovo vilayətindəki "Raspadskaya" şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm", - Azərbaycan Prezidentinin başsağlığı məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti