...

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininin Azərbaycana səfəri başlayır

Siyasət Materials 12 May 2010 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini səfir Tina Kaydanaunun Azərbaycana səfəri başlayır.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən çərşənbə günü Trend-ə bildiriblər ki, mayın 12-də Bakıya birgünlük səfəri zamanı səfir Tina Kaydanau Azərbaycan hökumətinin yuxarı vəzifəli rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı səfir Kaydanau genişçeşidli qarşılıqlı maraqlar əsasında ABŞ-la Azərbaycan arasındakı əlaqələri müzakirə edəcək.

Səfir Kaydanau qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanı mühüm tərəfdaş hesab edir.

"Bizim maraqlarımız bir çox sahələrdə, o cümlədən, cənub dəhlizinin tərkibində olan qaz və neft layihələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsindən tutmuş, terrorizm və ekstremizmə qarşı mübarizədə birgə işimizə kimi üst-üstə düşür. Biz, Azərbaycanın Kosovodan tutmuş, İraq və Əfqanıstanda regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi töhfələri yüksək qiymətləndiririk", - deyə o bildirib.

Səfir Kaydanau Azərbaycan və digər Qafqaz ölkələri arasında əlaqələrə birbaşa məsul olan Dövlət Departamentinin rəsmisidir.

Xəbər lenti

Xəbər lenti