...

Gürcüstan Quru Qoşunlarının yeni komandanı təyin olunub

Siyasət Materials 20 May 2010 20:11 (UTC +04:00)
Gürcüstanın müdafiə nazirinin əmri ilə Gürcüstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsinə Gigi Kalandadze təyin olunub.
Gürcüstan Quru Qoşunlarının yeni komandanı təyin olunub

Gürcüstan, Tbilisi, 20 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın müdafiə nazirinin əmri ilə Gürcüstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsinə Gigi Kalandadze təyin olunub.

Müdafiə nazirliyi məlumat verir ki, 4-cü piyada briqadasının komandiri olan Gigi Kalandadze komandanın vəzifələrini yanvarın 27-dən icra edib.

Sabiq komandan Şmaqi Teliya Silahlı Qüvvələrdə qalmaqdadır.

Aprel ayında Gürcüstan Parlamenti qanunvericiliyə düzəliş edib. Bu düzəlişə əsasən ölkənin Hərbi Hava Qüvvələri Quru Qoşunlarının strukturuna daxil olub.

Xəbər lenti

Xəbər lenti