...

Erqnetidə görüş Sxinvalinin mövqeyi üzündən nəticəsiz keçib – Gürcüstan DİN

Siyasət Materials 3 İyun 2010 17:06 (UTC +04:00)
Erqnetidə (gürcü-osetin münaqişə zonası) regionda gərginliyin azadılması üzrə görüş nəticəsiz başa çatıb. Bu barədə jurnalistlərə Gürcüstan nümayəndə heyətinin rəhbəri, DİN-in Analitik Departamentinin rəhbəri Şota Utiaşvili məlumat verib.
Erqnetidə görüş Sxinvalinin mövqeyi üzündən nəticəsiz keçib – Gürcüstan DİN

Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir N.Kirsxaliya/

Erqnetidə (gürcü-osetin münaqişə zonası) regionda gərginliyin azadılması üzrə görüş nəticəsiz başa çatıb. Bu barədə jurnalistlərə Gürcüstan nümayəndə heyətinin rəhbəri, DİN-in Analitik Departamentinin rəhbəri Şota Utiaşvili məlumat verib.

"Biz bu gün heç bir məsələni razılaşdıra bilmədik. Ona görə ki, osetin tərəfi sadəcə olaraq gündəliyə salınan məsələlərə baxışdan imtina etdilər", - o deyib.

Utiaşvili bildirib ki, bu formatda növbəti görüşün tarixini də razılaşdırmaq mümkün olmayıb. "Görünür, bu cür növbəti görüşün keçirilməsi məsələsi iyunun 8-də Cenevrədə tərəflərin və Abxaziya və Cənubi Osetiyadakı vəziyyət üzrə həmsədrlərin görüşündə müəyyən ediləcək", - o deyib.

Utiaşvili onu da qeyd edib ki, osetin tərəfi münaqişə zonasında təhlükəsizliyin təmin olunması məsələsinə baxmaqdan da imtina edib.

Aİ-nin Gürcüstandakı müşahidəçilərinin rəhbəri Hans-Yorq Haber qeyd edib ki, təəssüf ki, osetin tərəfi üç gürcünün azad olunması məsələsini müzakirə etməkdən də imtina edib. Bu məsələ bundan əvvəl Aİ-nin insan hüquqları üzrə ali komissarı Tomas Hammarberq tərəfindən də qoyulmuşdu.

Erqnetidəki görüşlər uzun fasilədən sonra yenidən bərpa olunub. Fasiləyə səbəb Sxinvalinin Gürcüstan həbsxanalarındakı osetin milliyyətindən olan bütün məhbusların azad edilməsini tələb edərək iştirakdan imtina etməsi idi.

Regionda gərginliyin aradan qaldırılması üzrə görüşlər BMT, ATƏT və Aİ-nin təşəbbüsü ilə Abxaz və Cənubi Osetiya ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti