...

Azərbaycanda bu ilin 5 ayında korrupsiya cinayətlərinə görə 47 cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Siyasət Materials 8 İyun 2010 14:18 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və digər cinayətlərlə bağlı olub.
Azərbaycanda bu ilin 5 ayında korrupsiya cinayətlərinə görə 47 cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 5 ayında korrupsiya cinayətlərinə görə 88 şəxs barəsində 47 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və digər cinayətlərlə bağlı olub.

Onlar arasında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyev, "Gəncə Tekstil" ASC-nin əməkdaşı Afiq Məmmədov, Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzində ünvanlı sosial yardım sektorunda baş məsləhətçi vəzifəsində işləyən Rəşid Həsənov və Rəşad Yaqubov, həmçinin, Bakı şəhəri Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi işləyən Namiq Məhərrəmov da var.

Hazırda baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 42 cinayət işinin istintaqı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti