...

Azərbaycanın xarici işlər naziri BƏƏ XİN rəhbərinin müavinini qəbul edib

Siyasət Materials 10 İyun 2010 18:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Tariq Hidanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri BƏƏ XİN rəhbərinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Tariq Hidanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Qonaq hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk toplantısında iştirak etdiyindən məmnunluğunu bildirib, BƏƏ ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Öz növbəsində nazir Məmmədyarov körfəz dövlətləri ilə Azərbaycan arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, Azərbaycan ilə BƏƏ-nin enerji istehsalçısı olduğunu nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinə, xüsusilə enerji ehtiyatlarının düzgün istismarı, alternativ və bərpaolunan enerji mənbələrin inkişafı və neft gəlirlərinin istifadə edilməsi təcrübəsinin öyrənilməsində xüsusi marağın olduğunu diqqətə çatdırıb.

Sonra tərəflər bir sıra ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti