...

Azərbaycanın şimalında Dövlət Miqrasiya Xidmətinin regional idarəsi açılıb

Siyasət Materials 11 İyun 2010 13:07 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, mərasimdə xidmət rəisi, II dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Arzu Rəhimov, rayon rəhbərliyi, habelə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın şimalında Dövlət Miqrasiya Xidmətinin regional idarəsi açılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimalında Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional İdarəsi açılıb.

Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, mərasimdə xidmət rəisi, II dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Arzu Rəhimov, rayon rəhbərliyi, habelə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Rəhimov mərasimdə çıxış edərək bildirib ki, xidmətə müraciət edənlərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin, xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Dövlət Miqrasiya Xidmətinin dörd regional idarəsinin - Bakı, Şirvan, Yevlax və Lənkəran regional idarələrinin artıq fəaliyyət göstərdiyini nəzərə çatdıran Rəhimov, hazırda digər regionlarda da idarə və qanunsuz miqrantların saxlanma mərkəzlərinin tikinti işlərinin intensiv davam etdirildiyini bildirib.

Xidmət rəisi deyib ki, vahid miqrasiya məlumat sistemi işə düşəndən, təxminən, 82 min əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən xidmətə müraciət olunub.

Mərasim iştirakçıları Xaçmaz Regional Miqrasiya İdarəsinin inzibati binası və burada yaradılmış iş şəraiti ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti