...

İlham Əliyev Dmitri Medvedevİ təbrik edib

Siyasət Materials 11 İyun 2010 21:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Dmitri Medvedevİ təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Dövlət bayramı - Rusiya Günü münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm. Dost Rusiya iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi üzrə genişmiqyaslı proqramları uğurla həyata keçirir. Ölkənin beynəlxalq birlikdə nüfuzu artır, mövqeləri möhkəmlənir.

Azərbaycan ilə Rusiya arasında etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dərin tarixi kökləri vardır. Əminəm ki, bu xeyirxah ənənələr, dövlətlərarası münasibətlərimiz, hərtərəfli əməkdaşlıq xalqlarımızın mənafeyi, Qafqazda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Dmitri Medvedevə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, bütün Rusiya xalqına firavanlıq və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti