...

İran probleminin xüsusi gərginliyə və faciələrə gətirə biləcək üsullarla həlli Azərbaycan üçün məqbul variant deyil - YAP-ın icra katibi

Siyasət Materials 12 İyun 2010 15:13 (UTC +04:00)
İran probleminin xüsusi gərginliyə və faciələrə gətirə biləcək üsullarla həlli Azərbaycan üçün məqbul variant deyil. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov şənbə günü jurnalistlərin İrana qarşı BMT-nin sanksiyalar tətbiq etməsi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
İran probleminin xüsusi gərginliyə və faciələrə gətirə biləcək üsullarla həlli Azərbaycan üçün məqbul variant deyil - YAP-ın icra katibi

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

YAP-ın icra katibi hesab edir ki, İran probleminin xüsusi gərginliyə və faciələrə gətirə biləcək üsullarla həlli Azərbaycan üçün məqbul variant deyil.

Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov şənbə günü jurnalistlərin İrana qarşı BMT-nin sanksiyalar tətbiq etməsi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

"Azərbaycan sülhsevər bir dövlət olaraq, dünyadakı bütün problemli və mübahisəli məsələlərin dinc yolla və danışıqlar vasitəsilə yoluna qoyulmasının tərəfdarıdır. İran probleminin qeyri-dinc üsullarla həll olunması dünya birliyi üçün məqbul variant deyil. Bu variant Azərbaycan üçün də qəbul oluna bilməz", - Əhmədov vurğulayıb.

YAP-ın icra katibi bildirib ki, Azərbaycana qonşu dövlət olmaqla yanaşı, onu Azərbaycanla bağlayan digər köklər və amillər də mövcuddur və bu amillər mütləq nəzərə alınmalıdır.

Əhmədov yaranmış problemin nizama salınması üçün sağlam düşüncənin üstün gələcəyinə və problemin həll olunması üçün ciddi gərginliyə səbəb olacaq yolların seçilməyəcəyinə ümidvar olduğunu vurğulayıb.

Trend-in arayışı: Qərb İranın nüvə proqramının mahiyyətindən şübhələnir. ABŞ, İsrail və bir sıra Avropa ölkələri İranın nüvə silahı istehsal etmək niyyətində olduğundan şübhələnir. İran bunu rədd edir. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı 6 qətnamə qəbul edib. Qətnamələrin 4-nə iqtisadi sanksiyalar daxil olunub.

Sonuncu qətnamə (1929 saylı qətnamə) iyunun 9-da tətbiq olunub. BMT Təhlükəsizlik Şurası iyunun 9-da İranın nüvə proqramını dayandırmaq məqsədilə yeni qətnamə qəbul edib. 1929 saylı bu qətnamənin BMT TŞ üzvlərinin 12-si lehinə, 2-si (Türkiyə və Braziliya) əleyhinə səs verib. Livan isə bitərəf qalıb.

Xəbər lenti

Xəbər lenti