...

Yunanıstan Prezidenti Azərbaycana rəsmi səfər edəcək - səfir

Siyasət Materials 19 İyun 2010 12:16 (UTC +04:00)
Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfər edəcək.
Yunanıstan Prezidenti Azərbaycana rəsmi səfər edəcək - səfir

Аzərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Ağayeva/

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfər edəcək.

"Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana uğurlu rəsmi səfər etmişdi. İndi isə biz Yunanıstan Prezidentinin cavab olaraq Azərbaycana səfər etməsində maraqlıyıq və məndə olan məlumata görə, hazırda hökumətində bu məsələyə baxılır. Çox güman ki, səfər gələn ilin birinci yarısında baş tutacaq", - bunu Azərbaycan jurnalistlərinə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev deyib.

"Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq yalnız energetika sahəsində məhdudlaşmır, bunü görə də tərəflər arasında siyasi danışıqlar çox vacibdir", - səfir hesab edir.

Səfirin fikrincə, bu səfər iki ölkə arasında gələcək əməkdaşlıq üçün güclü təkan olacaq.

"Siyasi dialoq səfərlərlə məhdudlaşmır, burada nazirliklər, idarələr arasındakı işlər çox vacibdir", - Mustafayev deyib.

"Bu yaxınlarda iki ölkənin parlamentləri arasında dostluq qrupu yaradılıb və mən çox şadam ki, bu qrupa Yunanıstanın fəal deputatları daxildirlər. Ötən il Yunanıstan parlamentariləri Bakı və Lənkərana səfər etmişdilər, indi isə Azərbaycan deputatlarının Yunanıstana səfəri gündəmdədir", - Mustafayev bildirib.

Xəbər lenti

Xəbər lenti