Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Ü.Sadıxova/
Çərşənbə günü Bakıda Avstriya səfirliyinin açılışı olub. Təntənəli açılış mərasimdə Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və hər iki ölkənin rəsmi şəxsləri iştirak ediblər.
Səfirliyin açılışı Avstriyanın xarici işlər və iqtisadiyyat nazirlərinin Azərbaycana səfəri çərçivəsində baş tutub.