...

Otunbayeva keçid dövrünün prezidenti seçilib

Siyasət Materials 28 İyun 2010 10:58 (UTC +04:00)

Roza Otunbayeva Qırğızıstanın keçid dövrünün prezidenti seçilib. "Şayloo" ("Seçkilər") Dövlət avtomatlaşdırılmış sisteminin son məlumatlarına görə, seçicilərin əksəriyyəti Otunbayevaya səs veriblər. Əsas qanuna edilən dəyişikliklərə əsasən, respulikada parlament idarəetmə forması da tətbiq edilib. Məlumatı İTAR-TASS agentliyi yayıb.

İyunun 27-də Qırğızıstanda keçirilmiş referendumda vətəndaşlar üç suala "hə" və ya "yox" cavabı verməli idilər. Bu suallar Otunbayevaya 31 dekabr 2011-ci il tarixədək prezident səlahiyyəti verilməsi, yeni konstitusiya layihəsinin qəbul edilməsi və ölkədə Konstitusiya Məhkəməsinin ləğv edilməsi ilə bağlı olub.

Respublikada seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, referendumda 2,7 milyon seçicidən təxminən 1,9 milyonu iştirak edib.

"İlkin rəsmi məlumatlar bazar ertəsi səhər məlum olacaq", - MSK-nın sədri Akılbek Sariyev bildirib.

Xəbər lenti

Xəbər lenti