...

Gürcüstan Parlamentində Azərbaycanda yaşayan gürcülərin vəziyyətini öyrənmək məqsədilə qrup yaradılıb

Siyasət Materials 6 İyul 2010 13:00 (UTC +04:00)
Gürcüstan diasporunun Azərbaycandakı vəziyyətini öyrənmək məqsədilə Gürcüstanda birgə hökumət və Parlament qrupu təsis edilir. Gürcüstanın yüksək qanunverici orqanından Trend-ə verilən məlumata əsasən, bu qərar Parlament Komitəsinin xaricdə yaşayan vətəndaşlarla bağlı iclasından sonra qəbul edilib.
Gürcüstan Parlamentində Azərbaycanda yaşayan gürcülərin vəziyyətini öyrənmək məqsədilə qrup yaradılıb

Gürcüstan, Tbilisi, 6 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan diasporunun Azərbaycandakı vəziyyətini öyrənmək məqsədilə Gürcüstanda birgə hökumət və Parlament qrupu təsis edilir. Gürcüstanın yüksək qanunverici orqanından Trend-ə verilən məlumata əsasən, bu qərar Parlament Komitəsinin xaricdə yaşayan vətəndaşlarla bağlı iclasından sonra qəbul edilib.

Komitə dinləmələrində Azərbaycanda yaşayan gürcülərin problemlərinə Gürcüstan - Azərbaycan əlaqələri fonunda baxılıb.

Komitədən Trend-ə bildirilib ki, dinləmələr, "müzakirə olunan məsələnin spesifikliyi"

nəzərə alınaraq, bağlı  aparılıb. Komitəyə Gürcüstan XİN-in Azərbaycandakı gürcülərin vəziyyəti ilə bağlı sənədi təqdim olunub.

Məsələnin müzakirəsində Parlament nümayəndələri ilə yanaşı, Gürcüstan hökumətinin nazirlik və idarə nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti