...

İngilis dili gürcü uşaqları üçün ikinci dil olmalıdır – Prezident Saakaşvili

Siyasət Materials 16 Avqust 2010 12:10 (UTC +04:00)
Gürcüstanda yaşayan 5 yaşından 16 yaşınadək bütün məktəbyaşlı uşaqlar ingilisdilli olmalıdırlar, ingilis dili onlar üçün ikinci dil sayılmalıdır. Biz son dörd ildə buna nail olmalıyıq. Bu barədə Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə xaricdən gələn ingilis dili müəllimləri qarşısında çıxış edərkən deyib.
İngilis dili gürcü uşaqları üçün ikinci dil olmalıdır – Prezident Saakaşvili

Gürcüstan, Tbilisi, 16 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yaşayan 5 yaşından 16 yaşınadək bütün məktəbyaşlı uşaqlar ingilisdilli olmalıdırlar, ingilis dili onlar üçün ikinci dil sayılmalıdır. Biz son dörd ildə buna nail olmalıyıq. Bu barədə Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə xaricdən gələn ingilis dili müəllimləri qarşısında çıxış edərkən deyib.

Prezident Amerika, Kanada, Polşa və digər ölkələrdən gələn və Quriya, Sameqrelo, Acarıstandakı gürcü ailələrində yerləşdiriləcək ingilisdilli pedaqoqların ikinci axını ilə görüşüb. İngilisdilli pedaqoqlar Gürcüstana "Gürcüstanla birgə oxu və öyrən" layihəsi çərçivəsində gəliblər.

Onun sözlərinə görə, ingilis dili gələcək nəsillər üçün gürcü dilindən sonra ikinci dil olacaq, ondan sonra isə regionların tələbləri nəzərə alınmaqla Çin, ərəb, türk və rus dilləri gəlir. "Lakin başlıca tələb Gürcüstanda yaşayan bütün uşaqların ingilisdilli olmalarıdır", - Prezident qeyd edib.

Saakaşvili təhsil sistemində bu istiqamətdə baş verən prosesləri "Maarifləndirmə inqilabı" adlandırır və bunun ölkənin inkişafı işinə ən böyük töhfə hesab edir.

"Bu aksiya orta əsrlərdə çar Qurucu Davidin həyata keçirdiyi aksiya ilə oxşardır. O zaman gürcü oprdusunun gücləndirilməsi üçün Gürcüstana 40 0000 qıpçaq gətirilmişdi. O vaxtlar dövlətin gücü ordu ilə ölçülürdü, indi isə təhsillə. Yaxın illər ərzində 10 min əcnəbi uşaqlarımıza ingilis dilini öyrədəcək", - o qeyd edib.

Pedaqoqların üçüncü hissəsinin avqustun 30-da gələcəyi gözlənilir. İlin sonunadək Gürcüstana 1 000 pedaqoq gələcək.

Prezidentin sözlərinə görə, 4 il ərzində 10 min ingilisdilli pedaqoq gələcək və Gürcüstandan gedəndən sonra, onlar "Gürcüstanın xoşməramlı səfirləri olacaqlar".

Xəbər lenti

Xəbər lenti