...

Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin siyahısının hazırlığını yekunlaşdırmaq üzrədir

Siyasət Materials 16 Avqust 2010 13:48 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin siyahısının hazırlanmasını yekunlaşdırmaq üzrədir.
Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin siyahısının hazırlığını yekunlaşdırmaq üzrədir

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin siyahısının hazırlanmasını yekunlaşdırmaq üzrədir.

"Partiyanın Parlament seçkisinə namizədlərinin siyahısı başa çatmaq üzrədir

Seçkilərə rəsmi start veriləndən sonra, namizədlər ictimaiyyətə təqdim olunacaqlar", - bunu bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Səyavuş Novruzov bildirib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Novruzov deyib ki, partiyanın 500 mindən çox üzvü var.

"Hamısı da layiqli və ləyaqətli insanlardır. Təəssüflər olsun, Parlamentə cəmi 125 nəfər deputat seçiləcək. Bu baxımdan, biz partiya üzvləri arasından seçilib namizədliyi irəli sürülən o şəxslərin müəyyənləşdirilməsi ilə bağlı geniş araşdırma və təhlillər apardıq", - YAP rəsmisi qeyd edib.

Novruzovun sözlərinə görə, YAP-ın Parlamentdə 64 təmsilçisi var.

"Bu dəfə bütün dairələrdən namizəd irəli sürəcəyik və çalışacağıq, daha çox yer əldə edək", - icra katibinin müavini bildirib.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilib. 2003-cü ilin dekabr ayında Pariya sədri Heydər Əliyevin vəfatından sonra partiyanın sədri vəzifələrini prezident İlham Əliyev icra edib. Partiyanın 2005-ci ilin martında keçirilən III qurultayında Partiyanın sədri İlham Əliyev seçilib.

Xəbər lenti

Xəbər lenti