...

Azərbaycan Prezidenti Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançıları mükafatlandırıb

Siyasət Materials 30 Avqust 2010 22:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini mükafatlandırılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançıları mükafatlandırıb

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini mükafatlandırılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Sinqapur şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançılara və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat;

ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti