...

Çexiya Senatı nümayəndə heyətinin sentyabrda Bakıya gələcəyi gözlənilir

Siyasət Materials 31 Avqust 2010 19:03 (UTC +04:00)
Çexiya parlamentinin Yuxarı Palatasının nümayəndə heyəti sentyabrda Bakıda görüşlər keçirəcək. Bu barədə Trend-ə Çexiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Çexiya Senatı nümayəndə heyətinin sentyabrda Bakıya gələcəyi gözlənilir

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Y.Ostapenko/

Çexiya parlamentinin Yuxarı Palatasının nümayəndə heyəti sentyabrda Bakıda görüşlər keçirəcək. Bu barədə Trend-ə Çexiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

4-5 nəfərdən ibarət nümayəndə heyətinə Senatın Avropa məsələləri üzrə komitəsinin sədri Lyudek Sefziq başçılıq edəcək.

Qarşıdan gələn danışıqların başlıca mövzusu Avropa İttifaqının "Şərqi tərəfdaşlıq", Avrointeqrasiya, eneri layihələri, viza və miqrasiya proqramları ilə bağlı məsələlər olacaq.

"Səfərin məqsədi Çexiya və Azərbaycan parlamentariləri arasında fikir mübadiləsi, parlamentlərarası münasibətlərin hərtərəfli inkişafı, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun işi çərçivəsində əlaqələrin fəallaşdırılması olacaq", - Trend-ə Çexiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Çenek Hayni deyib.

Səfərin detalları hələ ki işlənilir, lakin Milli Məclis sədri Oqtay Əsədovla, "Avronest"ə (Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı) daxil olan müxtəlif parlament qrupları, o cümlədən Avropa məsələləri üzrə qrupun deputatları, eləcə də iqtisadi inkişaf, hüquq siyasəti, təhlükəsizlik, təbii ehtiyatlar və b. qruplarla bəzi görüşlər planlaşdırılıb.

Çexiya nümayəndə heyətinin Azərbaycanın xarici işlər və iqtisadi inkişaf nazirləri və ya nazir müavinləri ilə görüşünün təşkili də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti