...

Gürcüstan Təhsil Nazirliyinin keçmiş işçiləri iki ay müddətinə azadlıqdan məhrum ediliblər

Siyasət Materials 2 Sentyabr 2010 17:47 (UTC +04:00)
Gürcüstan Təhsil və Elm Nazirliyinin keçmiş yüksəkvəzifəli işçiləri iki ay müddətinə azadlıqdan məhrum ediliblər.
Gürcüstan Təhsil Nazirliyinin keçmiş işçiləri iki ay müddətinə azadlıqdan məhrum ediliblər

Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Təhsil və Elm Nazirliyinin keçmiş yüksəkvəzifəli işçiləri iki ay müddətinə azadlıqdan məhrum ediliblər. Tbilisi şəhər məhkəməsinin məlumatına görə, hakim prokurorluğun ərizəsini təsdiq edib.

Nazirliyin Maliyyə və büdcə departamentinin keçmiş rəhbəri David Mamardaşvili və Təsərrüfat idarəsinin sabiq başçısı Zviad Kikvadze Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) təqsirli bilinirlər.

Mamardaşvili və Kikvadze 2008-ci ildə qeyri-qanuni pul alışlarına görə saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti