...

Böyük Britaniya Gürcüstana yeni səfir göndərib

Siyasət Materials 7 Sentyabr 2010 18:22 (UTC +04:00)
Böyük Britaniyanın yeni səfiri artıq Tbilisidədir. Cudit Qof dünən axşam Tbilisiyə gəlib və yaxın günlərdə səfir postunda rəsmən öz işinə başlayacaq.
Böyük Britaniya Gürcüstana yeni səfir göndərib

Gürcüstan, Tbilisi, 7 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Böyük Britaniyanın yeni səfiri artıq Tbilisidədir. Cudit Qof dünən axşam Tbilisiyə gəlib və yaxın günlərdə səfir postunda rəsmən öz işinə başlayacaq.

Hələlik Qofun nə vaxt öz işinə başlayacağı məlum deyil, çünki müəyyən edilmiş protokolla prosedurlardan keçmək lazımdır. Bu barədə Böyük Britaniya səfirliyinın mətbuat xidmətindən bildiriblər.

Hazırda səfirin səlahiyyətlərini köməkçi Keren Moran icra edir. Böyük Britaniyanın keçmiş səfiri Denis Kifin səlahiyyətləri başa çatıb və o, iyunda ölkəni tərk edib. O, gürcülərin yaddaşında Gürcüstana böyük məhəbbəti ilə iz qoyub. Denis Kif gürcü mədəniyyətinin böyük pərəstişkarlarından olub və hətta səfir işlədiyi dövrdə kifayət qədər rəvan danışdığı gürcü dilini öyrənib.

Xəbər lenti

Xəbər lenti